Hz Süleymanın Səltənəti

"Həzrət Yusif (ə)” filmindən sonra daha bir Allah peyğəmbərinin həyatından bəhs edən film, doğma dilimizə yüksək keyfiyyətlə dublyaj olunub. Bu Süleyman peyğəmbərdən bəhs edən "Mülki Süleyman" (Süleymanın mülkü) adlı filmdir. Bu barədə filmi tərcümə edən Süleyman Fərzəliyev məlumat verib. "Ana dilimizə dublyaj edilmiş bu film, öz yüksək keyfiyyəti ilə tamaşaçıların rəğbətini qazanacağına əminəm. Adından da göründüyü kimi film, Qurnai-Kərimdə adı keçmiş peyğəmbərlərdən biri - Süleyman peyğəmbərin həyatından bəhs edir. Filmdə Süleyman peyğəmbərin cin və şeytanlarla necə mübarizə aparmasından söhbət gedir. Kinoda ibrətəmaiz kəlamlara, insani dəyərlərə və əxlaqi söhbətlərə yer verilib" deyə Süleyman Fərzəliyev bildirib.

İran kinosu dünya səviyyəsində özünü qəbul etdirən bir keyfiyyətə sahibdir. Bir çox əsərlər çıxaran İran kinosu indi isə "Hz. Süleyman" peyğəmbər (s) filmi ilə yeni bir müvəffəqiyyət qazandı.

Merdan-ı Angelus (Əshabi-Kəhf), Məryəm-i Müqəddəsə (Hz.Məryəm), Yosofe Payambar (Hz.Yusif), İmam Əli, Zahra s Blue Eyes (Fələstinli Zəhranın Gözləri), Vilayət-i Eşg (Eşqin Vəlayəti), Həzrəti İsa (Ruhullah) ... kimi filmləri İslami Film'də cığır açan nə qədər İranlı yönətmənlərdən biri Şəhriyar Bahrani-nin (Shahriar Bahrani) yeni filmi "MÜLKİ SÜLEYMAN"
(The Kingdom of Solomon) Azəri dilində dublyaj edilmiş, bizim saytımızda Online izləyin.